Rusiya daşı ətəyindən TÖKÜR? – “Bir-iki söz deyirlər, amma...”
“Sergey Lavrov bildirib ki, Rusiya heç vaxt Krımı, Donbası və ya Novorossiyanı ələ keçirməyi hədəfləməyib. Reallıq isə tam fərqlidir – Rusiya Krımı sadəcə hədəfləməyib, işğal edib və özünün tərkibinə qatıb”.
Bunu Yenicag.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri, millət vəkili Elşad Musayev deyib.
O, Alyaskada baş tutan Tramp-Putin görüşündən sonra Rusiyanın Ukrayna məsələsindəki kəskin ritorikasının yumşalması ilə bağlı yayılan informasiyaları şərh edib.
BAP sədri söyləyib ki, Rusiyada “yumşalma” ritorikasından danışmaq doğru deyil:
“Çünki Tramp ilə görüşüdə də Putin açıq şəkildə dedi ki, hücum etmələrinin səbəbləri var və həmin səbəblər aradan qalxmalıdır. O səbəblər də aydındır: Ukraynanın Qərbə, xüsusilə NATO-ya inteqrasiya etməməsi, NATO-nun genişlənməsinin qarşısının alınması. Bunlar isə sadəcə bəhanələrdir. Bu səbəbdən Moskvanın guya “yumşaq ritorika”sına fərqli yanaşmaq lazım gəlir. Təəssüf ki, əməldə biz heç bir yumşalma müşahidə etmirik. Bir-iki söz deyirlər, amma praktikada bunun əksi baş verir”.
Rafi Müslümov