Rusiya Donetskə zərbə endirdi – Ölənlər və yaralananlar var – FOTOLAR

Bu gün Rusiyanın Ukraynanın şərqində Donetsk bölgəsinə ölümcül zərbə endirib.

Yenicag.az xəbər verir ki, Donetsk qubernatoru Pavlo Kirilenko hücumdan sonra verdiyi açıqlamada azı 3 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını bildirib.

“Dörd yaşayış binası, bir otel və ç0x sayda avtomobilə ziyan dəyib. Xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları insanlara kömək etmək və rus işğalçılarının daha bir cinayətini diqqətlə sənədləşdirmək üçün hadisə yerində işləyirlər”, – Kirilenko “Telegram” kanalında yazıb.