!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya hərbi elitasında gərginlik: "Yaxın zamanlarda kadr dəyişiklikləri ola bilər" - Proqnoz

!Reklam – Yazi

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilməsi, çox güman ki, Rusiyanın 2023-cü il üçün planlaşdırdığı həlledici hərbi səylərinə rəhbərlik etmək məqsədi daşıyır. Amma o, Prezident Vladimir Putinin gözləntilərini çətin uğurla yerinə yetirsin. Bildirilib ki, Putin Ukraynadakı maksimalist niyyətlərindən əl çəkməyib.

Mövzu ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Yenicag.az-a açıqlamasında bildirib ki, Baş Qərargah rəisinin bu vəzifəyə təyin olunması diqqət çəkir:

“Bu, onu deməyə əsas verir ki, Putinin hərbi elitaya inamı azalıb. O, generallarına kifayət qədər etibar etmir. Ona görə də müharibənin idarə olunmasını birbaşa Baş Qərargah rəisinə tapşırıb. Lakin bunun əksi də mümkündür. Ola bilsin ki, Putin Gerasimovun Baş Qərargah rəisi kimi fəaliyyətindən narazıdır. Kreml rəhbərinin yaxın vaxtlarda onu Baş Qərargah rəisi vəzifəsindən azad edəcəyi istisna deyil. Ümumiyyətlə Rusiya hərbi elitasında fikir ayrılığının, ikitirəliyin olması mümkündür. Müdafiə naziri Sergey Şoyqu ilə hazırkı Baş Qərargah rəisi arasında ixtilaf yaranması real məsələdir. Çox güman, Rusiyanın döyüş meydanındakı uğursuzluğunun əsas səbəblərindən biri də budur. Yaxın gələcəkdə Rusiya hərbi elitasında yeni islahatların, kadr dəyişikliklərinin olacağı mümkündür. Amma bunların hansısa nəticə verəcəyi ağlabatan deyil. Əksinə, hərbi elitadakı çəkişmələr getdikcə dərinləşəcək. Bu isə öz növbəsində siyasi müstəviyə siraət edə və ağır nəticələrə səbəb ola bilər”.

Gülşən Şərif

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv