“Rusiya həyasızcasına Ukraynanın daxili işlərinə qarışır“

media-hightechnic-468x90

lllllllllllUkrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov Rusiya Federasiyasının Ukraynanın şərqindəki terrorçuları dövlət səviyyəsində əlaqələndirdiyini və dəstəklədiyini, antiterror əməliyyatının bərpa olunduğunu bəyan edib.

Bu barədə Turçinovun müraciətində bildirilir.

“Real təhlükəni nəzərə alaraq biz antiterror əməliyyatı bərpa etdik. Dinc vətəndaşların qorunması və terror təhlükəsinin tam aradan qaldırılması məqsədilə əməliyyat sistemli və ardıcıl şəkildə həyata keçirilir”, deyə Turçinov qeyd edib.

Turçinov Rusiya Federasiyasının Ukraynanın şərqindəki terrorçuları açıq şəkildə əlaqələndirdiyini və dəstəklədiyini bəyan edib.

“Rusiya heç bir əsası olmadan həyasızcasına Ukraynanın daxili işlərinə qarışır. Rusiya vətəndaşları öz ərazilərində daim terror hücumlarına məruz qaldıqları halda Moskva Ukraynada terroru dövlət səviyyəsində dəstəkləyir”, deyə Turçinov vurğulayıb(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600