Rusiya ilə Çin sərhədində gizli tunel aşkar edildi

media-hightechnic-468x90

ce793a8be2ff5b51a8a30ce632261e08ertgRusiya ilə Çinin sərhədində gizli yeraltı keçid tapılıb.
Yenicag.az aznews.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı “Sinxua” agentliyi yayıb.

Məlumata görə, Çinin Rusiya ilə sərhədində, Primorsk diyarında tapılan yeraltı keçid yapon işğalçılarına qarşı müharibə zamanı Çin ilə SSRİ arasında kəşfiyyat məlumatlarının mübadiləsi üçün istifadə olunub.

Dunninsk qala muzeyində dəqiqləşdirilib ki, tunel 1930-cu illərdə Şimal-Şərq antiyapon birləşmiş ordusu tərəfindən inşa olunub.

Məxfi məlumatların ötürülməsi üçün istifadə olunan gizli tunel müharibənin sonuna qədər düşmən tərəfindən aşkar edilməyib.

Keçidin mövcudluğu haqda informasiya bir neçə il öncə muzey işçilərindən biri tərəfindən açıqlanıb.

Tunelin çəkilişində iştirak edən həmin şəxs Şimali Koreyaya səfəri zamanı bu haqda söhbət edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600