!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya ilə Türkiyə arasında həlledilməz məsələ yoxdur” – Qazaxıstanlı ekspert

!Reklam – Yazi

“Nazarbayevin Ankarada apadığı danışıqların nə dərəcədə uğurlu alındığı Soçi görüşünün nəticələrinə əsasən məlum olacaq”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğanın bu gün Soçidə baş tutacaq görüşünün mümkün nəticələrini dəyərləndirən Qazaxıstanlı politoloq Sultanbek Sultanqaliyev deyib.

– Putinlə Ərdoğanın bu görüşündən hansı gözləntilər var? İdlib düyünü necə çözüləcək?

– Putin və Ərdoğanın görüşündə əsas müzakirə mövzusu əlbəttə ki, tək İdlib məsələsi yox, ümumilikdə Suriya böhranının nizamlanması olacaq. Eyni zamanda, görüşdə hər iki ölkənin Yaxın Şərq siyasəti müzakirə ediləcək.

Maraqlı məqamlardan biri də budur ki, hər iki lider dollardan imtina və qarşılıqlı ticarət hesablaşmasında milli valyutalardan istifadənin tərəfdarıdır. Bu iqtisadi məqam Türkiyə ilə Rusiya prezidentlərinin fikir mübadiləsinin canlanmasına və əməkdaşlığın daha praktik müstəviyə keçməsinə yol açacaq.

– Bu məsələdə Ankara ilə Moskva arasında hansı ziddiyyətlər var? Bu problemləri aradan qaldırmaq mümkün olacaq?

– İki ölkə və onların liderləri arasında fikir ayrılıqları getdikcə daha da azalır. Bu çərçivədə iki beynəlxalq məqamı qeyd edə bilərik – Suriya məsələsindəki yanaşma fərqi ilə Ermənistana münasibət. Qalan məsələlərdə ortaya çıxan anlaşılmazlıqları məqsədəuyğunluq və sağlam praqmatizm əsasında aradan qaldırmaq mümkündür. Bu baxımdan, tərəflərin bir-birilərinə doğru addım atmaları gözləniləndir.

Qeyd edim ki, Ərdoğanın Soçiyə səfəri ərəfəsində Putinin yaxın müttəfiqi, Orta Asiyanın ağsaqqalı Nursultan Nazarbayev Türkiyəyə getdi. Şübhəsiz ki, Türkiyə və Qazaxıstan liderinin bağlı qapılar arxasında toxunduqları mövzular Soçidə də müzakirə ediləcək. Nazarbayevin Ankarada apardığı danışıqların nə dərəcədə uğurlu alındığı Soçi görüşünün nəticələrinə əsasən məlum olacaq. Rusiya ilə Türkiyə arasında həlledilməz məsələ yoxdur.

– Ərdoğanla Putinin şəxsi münasibətləri Türkiyə-Rusiya münasibətlərində necə əks olunur?

– Ərdoğan və Putin miqyasında olan siyasətçilər arasında dostluq amilinin təsiri böyükdür. Hər iki lider öz dövlətlərinin milli maraqlarını qorumağa çalışır. Burada başqa bir aspekt məsələlərə yanaşmada konsensusa gəlmək və özünün də, tərəfdaş ölkələrin də mənafelərinə ziyan vurmadan maraqların harmonik balansını qorumaqdır. Bu planda həm Ərdoğan, həm də Putin sağlam düşünən, praqmatik siyasətçilərdir.

Qafqaz Ömərov

www.yenicag.az

4182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv