!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparıldı

!Reklam – Yazi

Rusiya və Ukrayna arasında 95-95 formatında əsir mübadiləsi aparılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Oktyabrın 18-də danışıqlar prosesi nəticəsində 95 rusiyalı hərbçi Kiyevin nəzarətində olan ərazilərdən geri qaytarılıb, bunun müqabilində 95 hərbi əsir Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib”, – məlumatda deyilir.

Hazırda Rusiya hərbçiləri Belarus ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı yaradılır.

Məlumata görə, mübadilə BƏƏ-nin vasitəçiliyi ilə baş tutub./Report/

COP29

www.yenicag.az

72
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv