Rusiya Laçın və Ağdam-Xankəndi yollarının eyni vaxtda açılmasını müsbət qiymətləndirir

media-hightechnic-468x90

Rusiya Laçın və Ağdam-Xankəndi yollarının eyni vaxtda açılmasını müsbət qiymətləndirib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında bildirib.

O, sentyabrın 18-də hər iki istiqamətdən eyni vaxtda ərzaq və dərman partiyaları çatdırıldığını bildirib.

“Biz maneəsiz və müntəzəm humanitar təchizatın davamını gözləyirik”, – deyə Zaxarova əlavə edib.

Rusiya XİN nümayəndəsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair liderlər arasında üçtərəfli sazişlərin bütün kompleksinin həyata keçirilməsinə ümid etdiyini bildirib.

“Biz Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıyıq”, – deyə Zaxarova yazıb./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600