Rusiya Litvadakı təlimlərdə CASUSLUQ EDİB – İDDİA
Rusiya NATO-nun Litvada keçirdiyi “Dəmir Canavar” hərbi təlimləri zamanı rabitəni izləməyə cəhd edib.
Yenicag.az xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşrinin məlumat yayıb.
Qeyd olunur ki, Bundesverin Baş Müfəttişi Karsten Broerin sözlərinə görə, Moskvadan gələn təhlükənin nə qədər real olduğunu bir daha sübut edir:
“Ötən həftənin ortalarında keçirilən təlimlər zamanı Belarus hava məkanında Rusiya kəşfiyyat təyyarəsi aşkarlanıb. Təyyarənin əsas diqqətinin Litvada baş tutan və Almaniya da daxil olmaqla NATO ölkələrinin qoşunlarının iştirak etdiyi hərbi təlimlərə yönəldiyi ehtimal olunur. Bu səbəbdən NATO qüvvələri dərhal şifrəli rabitə sisteminə keçiblər”.
Həmin gün təlimləri izləyən Karsten Broer hadisəni Litva üçün təhlükənin nə qədər real olduğunu göstərən açıq siqnal kimi qiymətləndirib.
Xatırladaq ki, bundan bir neçə gün öncə, Rusiyanın adi pilotsuz uçuş aparatı vasitəsilə Litvada keçirilən digər təlimləri, o cümlədən alman helikopterlərinin iştirak etdiyi manevrləri də izlədiyi ehtimal olunur.