Rusiya məhkəməsi Səfərovların həbsi ilə bağlı iki apellyasiya şikayətinə baxdı

media-hightechnic-468x90

Sverdlovsk vilayət məhkəməsi Ayaz və Akif Səfərovun həbsi ilə bağlı iki apellyasiya şikayətinə baxıb.

Yenicag.az xəbər verir ki,  bu barədə Rusiya KİV məlumat dərc edib.

Vilayət məhkəməsi iyulun 19-dək Yekaterinburq şəhərinin Leninski məhkəməsində həbs edilmiş Akif Səfərovun həbsindən verilən apellyasiya şikayətinə baxıb. Akifə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “g” bəndi ilə “Bir qrup şəxs tərəfindən və ya qabaqcadan əlbir olaraq mütəşəkkil dəstə tərəfindən törədilmiş adam öldürmə” ittihamı irəli sürülüb.

“Sverdlovsk vilayət məhkəməsi iş materiallarına baxarkən apellyasiya instansiyasında işə baxılmasına mane olan halları müəyyən edib. İş materialları apellyasiya baxışından çıxarılıb və səhvləri düzəltmək üçün Yekaterinburqun Leninski rayon məhkəməsinə qaytarılıb”, – mətbuat xidmətindən bildirilib.

Ayaz Səfərovun müraciətinə baxılarkən heç bir problem olmayıb. Ayaz Rusiya Federasiyası Cinayət Məcəlləsinin qardaşı ilə eyni maddəsi ilə ittiham olunur. Rayon məhkəməsi Ayaz Səfərovun həbsinin qanunvericiliyə uyğun həyata keçirildiyi barədə qərar verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600