Rusiya müharibəyə hazırlaşır

media-hightechnic-468x90

Rusiyanın uzaq şərqdəki qoşunları Şimali Koreyadakı vəziyyətlə əlaqədar olaraq yüksək hərbi hazırlıq rejiminə keçib.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, raket əleyhinə müdafiə sistemlərinin əsas vəzifəsi Şimali Koreyanın düşmənlərinə hücuma keçməsi ilə Rusiya torpaqlarının təhlükəsizliyini təmin etməkdir.

Bölgədə Rus hava məkanının təhlükəsizliyini Hava Qüvvələri Krasnoznamennaya ordusu və raket əleyhinə müdafiə sistemi təmin edir.

Bu güclü müdafiə kompleksi ölkəni uzaq şərqdəki bütün təhdidlərdən qorumaq potensialına malikdir.

Qeyd edək ki, Şimali Koreya ilə yaxın məsafədə yerləşən Vladivostokda 4 ədəd S-300ps və 2 ədəd S-400 raket var.

Aytac

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600