Rusiya NATO-nu ittiham etdi

media-hightechnic-468x90

Rusiya Xarici İşlər Nazirliyi (XİN) NATO rəsmilərinin bu ölkəyə qarşı mümkün qabaqlayıcı zərbələr barədə bəyanatlarını son dərəcə məsuliyyətsiz olduğunu bildirib.

Yenicag.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə XİN spzçüsü MAriya Zaxarova açıqlama verib.

O, sözügedən addımın NATO-nun eskalasiya istəyini nümayiş etdirdiyini bildirib.

Sözçü Rusiya NATO Hərbi Komitəsinin sədrinin bəyanatını Ukraynadakı vəziyyətin nizamlanması səylərinə qəsdən zərbə vurmaq cəhdi kimi qiymətləndirib.

Diplomat Cüzeppe Kavo Draqonun “Financial Times”2a verdiyi son müsahibəyə diqqət çəkib və o, blokun Rusiyadan gələn “hibrid hücumlar”a cavabını müzakirə edərkən bildirib ki, “qabaqlayıcı zərbələr müdafiə hərəkətləri kimi qiymətləndirilə bilər”.

“Biz bunu Ukrayna böhranının həlli səylərinə qəsdən zərbə vurmaq cəhdi kimi görürük”, – diplomatın bəyanatında deyilir. Zaxarovanın sözlərinə görə, “belə bəyanatlar verən insanlar gələcək risklərdən və mümkün nəticələrdən, o cümlədən alyans üzvlərinin özləri üçün xəbərdarlıq olmalıdırlar”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa