!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya neft şirkəti ABŞ senatorlarını vahimədə saxlayır – Qiymətlərə nəzarəti ələ keçirə bilər

!Reklam – Yazi

Rusiya neft şirkəti ABŞ senatorlarını vahimədə saxlayır – Qiymətlərə nəzarəti ələ keçirə bilər

“Rosneft” ABŞ-ın “Citgo” şirkətini satın ala bilər. ABŞ senatorları isə bundan qorxur.

Yeniçağ.az Oilgas.az-a istinadən xəbər verir ki, ABŞ senatorları maliyyə naziri Stiven Mnuçina təşviş dolu məktub ünvanlayıblar. Burada “Rosneft”in Citgo neft şirkətində pay sahibi olmaq ehtimalından bəhs olunub.

Senatorlar rəsmi Kremlin ABŞ-da benzin və digər neft emalı məhsullarının qiymətinə birbaşa təsir edə biləcəyindən qorxurlar.

Məktub ABŞ senatorları Marko Rubio, Bob Menendez, Con Kornin, Dik Durbin, Bill Kassid və Ted Kruz tərəfindən imzalanıb.

Qeyd edək ki, Citgo “Rosneft”ə Venesuela dövlət neft şirkəti PDVS vasitəsilə verilə bilər. Belə ki, Citgo PDVS-in törəməsidir. Rusiya şirkətinə isə 3 milyard dollar borcun ödənilməsi müqabilində verilə bilər.

Citgo ABŞ-ın 20 ştatında 48 neft terminalına nəzarət edir. Odur ki, senatorların narahatlığı əbəs deyil. Bununla yanaşı, ABŞ hakimiyyətinin belə bir sazişi qadağan etmək üçün kifayət qədər əsası yoxdur.

www.yenicag.az

705
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv