Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirdi

media-hightechnic-468x90

Rusiya qoşunları PUA istehsal edən Ukrayna hərbi-sənaye kompleksi müəssisələrinin sexlərinə qrup şəklində raket zərbəsi endiriblər.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbçiləri bu gün səhər saatlarında Ukraynanın hərbi sənaye kompleksinin pilotsuz uçuş aparatları istehsal edən müəssisələrinə qrup şəklində raket zərbəsi endirib. Zərbələrin məqsədlərinə çatdığı qeyd olunub.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin aerodromlarına və yanacaq anbarlarına da raket zərbələri endirildiyi bildirilib./Apa

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600