Rusiya Qara dənizdə 6 raket daşıyıcısını YERLƏŞDİRDİ

media-hightechnic-468x90

 

Rusiya Silahlı Qüvvələri Qara dənizin akvatoriyasından Ukrayna ərazilərinə raket zərbələri endirməyə davam edir.

Yenicag.az xəbər verir ki, bu barədə Korrespondent.ru portalı məlumat yayıb.

Monitorinq kanallarının 22 aprel tarixli məlumatına görə, Rusiya bu istiqamətə altı raket daşıyıcı gəmi çıxarıb. Onların ümumi buraxılış potensialı 46 “Kalibr” qanadlı raketi təşkil edir.

“Raket daşıyıcılarının çıxarılması dərhal zərbə anlamına gəlmir, lakin təhlükə səviyyəsi artır. Əlavə məlumat olduqda xəbər veriləcək”, – deyə monitorinq resursları bildirir.

Bununla yanaşı, Rusiya ordusu Ukraynaya pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücumlar həyata keçirir. Çerniqov, Dnepropetrovsk və Xarkov vilayətlərində dron hücumu təhlükəsi elan olunub.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən həftə “Pasxa atəşkəsi” elan etmişdi və Rusiya ordusu 19 aprel saat 18:00-dan 21 aprel saat 00:00-a qədər bütün hərbi əməliyyatları dayandırmalı idi.

Ukrayna prezidenti Volodimir Zelenski isə bildirib ki, əgər Rusiya həqiqətən atəşi dayandırarsa, Ukrayna da güzgü prinsipi ilə tam atəşkəsə riayət edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600