!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya referendumla müharibəyə hazırlaşdığını rəsmən bəyan etdi

!Reklam – Yazi

Ukraynanın şərqində rusiyapərəst separatçıların nəzarətində olan qondarma Donetsk və Luqansk “xalq respublikaları”, Zaporojye və Xerson vilayətlərində Rusiyanın tərkibinə qatılmaq üçün referendumlar keçirilir.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dimitri Peskov açıqlama verib.

Peskov bildirib ki, həmin bölgələr qısa zamanda Rusiyaya birləşdiriləcək. Kreml sözçüsü qeyd edib ki, referendumların Rusiyaya birləşmə qərarı ilə nəticələnəcəyi təqdirdə, adıçəkilən bölgələr qorunacaq və Ukraynanın həmin bölgələri geri almaq cəhdləri “Rusiyaya hücum” kimi qiymətləndiriləcək.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba referenduma: “Saxta referendumlar heç nəyi dəyişməyəcək”, – deyə reaksiya verib.

Xatırladaq ki, referendumlar sentyabrın 27-dək davam edəcək.

www.yenicag.az

151
Ads
www.veteninfo.com
!Reklam – Arxiv