!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya sanksiyalardan qorunmaq üçün bu şirkətləri BİRLƏŞDİRƏ BİLƏR – DETALLAR

!Reklam – Yazi

Rusiya sanksiyalara qarşı çıxmaq üçün “Rosneft”i “Qazpromneft” və “Lukoil”la birləşdirmək planı hazırlayır.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Wall Journal” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, son bir neçə ay ərzində şirkət rəhbərləri ilə hökumət nümayəndələri arasında danışıqlar gedir. Mənbələrin sözlərinə görə, planın təfərrüatları dəyişə bilər, birləşmə isə ümumiyyətlə, baş tutmaya bilər.

Qeyd olunur ki, lakin bu baş verərsə, nəticə o olacaq ki, bir böyük şirkət Səudiyyə Ərəbistanının “Aramco” şirkətindən sonra dünyada ikinci ən böyük neft istehsalçısı olacaq və onun hasilat həcmi “Exxon Mobil”dən üç dəfə çox olacaq.

“O, sanksiyalara daha yaxşı tab gətirə biləcək, həmçinin Hindistan və Çin üçün neftin qiymətini qaldıracaq və Vladimir Putinə enerji sektorunu müharibəni dəstəkləmək üçün səfərbər etmək imkanı verəcək”, – məlumatda qeyd olunub.

Eyni zamanda, “Rosneft” və “Lukoil” WSJ-nin məlumatlarını təkzib edərək, heç bir danışıqlar aparmadıqlarını bildirib və məlumatı yalan adlandırıblar.

Rafi Müslümov

COP29

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv