“Rusiya səfərbərlikdən qaçanların arasında öz casuslarını Avropaya göndərib” - WSJ

media-hightechnic-468x90

“Putin rusların səfərbərlikdən kütləvi şəkildə qaçmasından istifadə edərək öz casuslarını Avropaya göndərib”.

Yenicag.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” Avropa rəsmilərinə istinadən yazır.

Nəşr bildirir ki, Rusiya Federasiyası 2022-ci il səfərbərliyi zamanı öz agentlərini Aİ-yə göndərmək üçün rusların qaçmasından istifadə edib.

WSJ yazır ki, səfərbərlik zamanı Putin öz kəşfiyyatçılarını qaçan ruslarla birlikdə xaricə göndərmək üçün sərhədləri bilərəkdən açıq saxlayıb.

Sonra rus agentləri rusiyalı diplomatların kütləvi surətdə qovulması nəticəsində yaranan itkiləri ödəmək üçün Avropaya daxil ola biliblər.

Məqalədə deyilir ki, dünyada rusların ölü tapılması davam edir. Jurnalistlər Rusiyadan qaçanların ölümündə Kremlin əli olub-olmadığını düşünürlər.

Məsələn nəşr iddia edir ki, pilot Maksim Kuzminovun qətlinin arxasında agentlər ola bilər.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600