Rusiya səmasında 50-dən çox PUA vuruldu
Hava hücumundan müdafiə sistemləri üç saat ərzində Rusiya səmasında 26 PUA-nı zərərsizləşdirib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 17:00-dan saat 20:00-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 26 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”, – Rusiya MN bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya hərbi idarəsi hava hücumundan müdafiə qüvvələrinin saat 15:00-dan 16:30-a qədər Ukraynaya məxsus 25 PUA-nı məhv etdiyini bəyan edib.p