!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya separatçı rejimdən bu məqsədlə istifadə edə bilər” - ŞƏRH

!Reklam – Yazi

“Separatçı rejimə dəstək verən Rusiya Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlı əldə ediləcək razılaşma ərəfəsində və ya ondan sonra qondarma qurumdan təxribat törədilməsində istifadə edə bilər”.

Bunu Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarında müəyyən irəliləyişlər müşahidə edilsə də, ciddi nailiyyət əldə etmək üçün lazım olan amillərdən danışan Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılması Rusiyanın maraqlarına uyğun deyil və əldə olunan irəliləyişləri həzm edə bilmir:

“Rusiyanın Cənubi Qafqaz maraqlarından biri də Qarabağda separatçı rejimin daima mövcud olmasıdır. İmperiya maraqları olan Rusiya Azərbaycanın Xankəndidəki yurisdiksiyasını bərpa etməsini özünə təhdid kimi qarşılayır. Məhz bu mövqeyinə görə Rusiya hazırda dünyadan təcrid olunub.

Separatçı rejimə dəstək verən Rusiya Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlı əldə ediləcək razılaşmadan sonra qondarma qurumdan təxribat törədilməsində istifadə edə bilər. Lakin bir şeyi nəzərə almaq lazımdır, Azərbaycan Ordusu separatçıların istənilən təxribatını yerindəcə cavablandırmağa tam hazırdır.

Rusiya Ermənistanla Azərbaycan arasında Qərb platformalarında keçirilən görüşlərə hər zaman etiraz edib. Qərbdə keçirirələcək görüşlərdən öncə Ermənistanın müxtəlif təxribatlara əl atması müşahidə olunan maraqlı detallardan biridir. Yəni Ermənistan dünya ictimaiyyətində qərbyönümlü obraz yaratmaq istəsə də, Rusiya siyasi hakimiyyətindən və hərbi elitasından asılı olduğu açıq-aşkar ortadadır. Və Vaşinqtondan sonra Brüsseldə keçiriləcək görüşlərdən əvvəl sərhəddə təxribatların müşahidə olunması Qərb formatının gözdən salınmasına xidmət edir. Avropa İttifaqı Şurası hər görüş öncəsi Ermənistanın atdığı bu tip təxribatçı addımlara daha sərt reaksiya göstərməlidir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv