!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiya separatçılıqdan özünün mövcudluğu üçün istifadə elementləri qoparmağa çalışır" - Siyasi şərhçi

!Reklam – Yazi

“Qanunsuz silahlı erməni birləşmələrinə dəstək faktlarından biri də qondarma toponimlərdən istifadə etməkdir”.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin adlarını hələ də uydurma erməni toponimləri ilə qeyd etməsinə münasibət bildirən siyasi şərhçi Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O qeyd edib ki, bu addım Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatdır:

“Azərbaycanın işğaldan azad etdiyi torpaqları Rusiya qəsdən erməni adları ilə göstərir. Qanunsuz silahlı erməni birləşmələrinə dəstək faktlarından biri də budur. Rus sülhməramlıları Azərbaycanın rəsmi qurumlarının çağırışlarına məhəl qoymur. Qondarma və uydurma toponimlərdən istifadə edərək azərbaycana qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirir.

Atdıqları addımın əsas məqsədi separatçılarla yarana biləcək toqquşmanın qarşısını almaqdır. Rusiya qondarma toponimlərdən istifadə edərək Azərbaycana qarşı erməni kartından istifadə edir. Beynəlxalq miqyasda tanınan adlar əvəzinə, qondarma toponimlərdən istifadə edərək separatçılığa təşviqi artırırlar. Eyni zamanda, deyə bilərik ki, Rusiya separatçılıqdan özünün mövcudluğu üçün istifadə elementləri qoparmağa çalışır.

Rusiyanın bilərəkdən və qəsdən atdığı bu addım Azərbaycan cəmiyyətində sülhməramlılara qarşı etinasızlıq və inamsızlıq düşüncəsini daha da gücləndirir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1042
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv