Rusiya sülhməramlıların gedişi hansısa təhlükədən xəbər VERİR? - AÇIQLAMA

media-hightechnic-468x90

“Ermənistanla Azərbaycan sərhəddindəki prosesləri nəzərə alsaq, müəyyən problemlərin mövcud olduğunu görərik”.

Bunu Yenicag.az-a açıqlamasında rus sülhməramlı kontingentinin vaxtından öncə Azərbaycanda fəaliyyətini dayandırması və ölkəni tərk etməsini yeni müharibə riski ilə əlaqələndirən iddialara münasibətini bildirən hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, yayılan bu kimi iddialar tam olaraq əsassızdır:

“Rus kontingentinin Qarabağdan getməsi özündə heç bir riski ehtiva etmir. Azərbaycan hər zaman öz təhlükəsizliyini yüksək səviyyədə təmin edib və edəcək. Düzdür, Ermənistanla Azərbaycan sərhəddindəki prosesləri nəzərə alsaq müəyyən problemlərin mövcud olduğunu görərik. Ancaq Azərbaycan ordusunun imkan və potensialı yarana biləcək bütün risklərin qarşısını almağa qadirdir”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600