Rusiya üçün “game over” – Trampdan Moskvaya NÖVBƏTİ MESAJ

media-hightechnic-468x90

“Aydındır ki, ABŞ Prezidenti Donald Trampın əsas məqsədi Amerikanın milli maraqlarıdır. O, görür ki, Rusiya həm Azərbaycan, həm də Ermənistanla münasibətlərinin misilsiz dərəcədə pisləşməsi səbəbindən prosesdən kənarda qalıb və Ukraynada təcavüzkar roluna görə hər hansı sülh razılaşmasında vasitəçi ola bilməz. Tramp istəyir ki, ABŞ bu boşluğu doldursun və Zəngəzur dəhlizini qorumaqla iqtisadi üstünlüklər əldə etsin”.

Bunu Yenicag.az-a açıqlamasında britaniyalı analitik Neil Uotson deyib.

media-neil-1674885124

Siyasi təhlilçi ABŞ-nin Cənubi Qafqaza nüfuz etməsi, habelə Donald Trampın bölgə ilə bağlı planlarını şərh edib.

Analitik sözügedən prosesə nikbin yanaşdığını etiraf edib:

“Azərbaycan öz şərtləri əsasında sülh müqaviləsi istəyir və Ermənistanla aparılan ikitərəfli danışıqlar bunun yolunu açıb. Paşinyan sülh istəyir. O, yaxşı anlayır ki, əgər sülh müqaviləsi imzalanmasa, tezliklə hakimiyyəti itirə bilər və yerinə rusiyapərəst kukla və ya erməni revanşist lider gəlib vəziyyəti yenidən gərginləşdirə bilər”.

“907-ci Qətnamənin ləğvi isə ABŞ-nin neytral vasitəçi kimi qəbul olunması üçün vacibdir. Məncə, bu görüşdən müsbət nəticə gözləmək olar. Əlbəttə, bu, ABŞ-nin Rusiyanın keçmiş təsir dairəsinə müdaxiləsi kimi qəbul edilərək Moskvanı qıcıqlandıracaq, lakin Ukrayna ilə məşğul olan Rusiya hələ ki buna reaksiya verməyəcək. Ancaq Kreml Ukraynada müəyyən uğur qazanarsa və özünə inamı bərpa olunarsa, yenidən Cənubi Qafqazda vəziyyəti “rusiyapərəst” istiqamətə dəyişməyə cəhd göstərə bilər. Odur ki, zaman hər şeyi göstərəcək”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa