!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna cəbhəsindəki VƏZİYYƏT: “Bu, Putinin siyasi nüfuzuna ağır zədə vurar”

!Reklam – Yazi

“Harris prezident olsa, Rusiyanı ağlar günə qoyacaq, Tramp seçilsə alver edəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna cəbhəsindəki vəziyyəti şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiyanın Ukraynanı tam bitirmək üçün gücü yoxdur.

“Hər şey Qərbin Ukraynaya göstərəcəyi hərbi, siyasi, maliyyə dəstəyindən asılıdır. Ukraynanın özünün Rusiyaya qalib gəlmək imkanları yoxdur. Ancaq döyüşmək əzmi var. Rusiyanın Ukraynanı əzmək imkanı var, ancaq hələlik gücü yoxdur. Putin Ukraynanı tam əzmək istəyirsə, Rusiya cəmiyyətini səfərbər etsin. Səfərbərlik Putinin siyasi nüfuzuna ağır zədə vurar. Ona görə də səfərbərlik etmir. Ukrayna isə yalnız Qərbin dəstəyindən asılıdır. Ukrayna səfərbərlik edir, ancaq adam yığa bilmir. Qaçıblar hamısı xaricə. Hər şey Qərbin qərarına bağlıdır”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, hamı gözləyir, ABŞ-dəki seçkidə kim qazanacaq?

“Kamala Harris gəlsə, vəziyyət dəyişəcək. Kursk əməliyyatına xeyir-duanı Bayden yox, Harris verib. Əgər Harris prezident seçilsə, Rusiyanı ağlar günə qoyacaq. Ancaq Tramp gəlsə, başlayacaq alver etməyə, çünki biznesmendir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv