Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi vətənə gətirildi

media-hightechnic-468x90

Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlı döyüşçü Əmənov Hicran Dərya oğlunun nəşi Azərbaycana gətirilib. 1999-cu il təvəllüdlü mərhum Cəlilabad rayonunun Şatırlı kənd sakini olub.

Yenicag.az xəbər verir ki, H. Əmənov əvvəllər Rusiyanın Kazan şəhərində həbs edilib. Müharibəyə getmək şərti ilə azadlığa buraxılan həmyerlimiz Rusiya ordusunun tərkibində döyüşlərə cəlb edilib. 2023-cü ilin noyabr-dekabr aylarında yaralanaraq cəbhə xəttində qalan hərbçinin meyiti yalnız bu günlərdə tapılaraq aidiyyəti qurumlar tərəfindən ailəsinə təhvil verilib.

Əmənov Hicran Dərya oğlu doğulduğu Şatırlı kəndində torpağa tapşırılacaq. Onun ailəli olduğu və bir övladının qaldığı bildirilir./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600