!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Ukraynanın təyyarə zavodunu VURDU

!Reklam – Yazi

Rusiya bölmələri Zaporojyedəki “Motor Sich” təyyarəqayırma zavodunun sexləriniv raketlərlə vurub.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov brifinqdə bildirib.

“Yüksək dəqiqlikli uzaqmənzilli hava və dəniz raketləri Zaporojye şəhərində Ukrayna Hərbi Hava Qüvvələrinin döyüş aviasiyası üçün aviasiya mühərrikləri, o cümlədən pilotsuz uçuş aparatları istehsal edən “Motor Sich” zavodunun istehsal sexlərini məhv edib”, – Konaşenkov deyib.

Rusiya ordusunun havadan buraxılan raketləri Ukrayna ordusunun 14-cü mexanikləşdirilmiş briqadasının komanda məntəqəsinə, rabitə mərkəzinə və radiotexnika mərkəzinə hücum edib. 72-ci motoatıcı briqadanın maddi-texniki təchizatı mərkəzi, iki yanacaq bazası, iki hava hücumundan müdafiə radar postu, eləcə də Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 16 ərazi də vurulub.

www.yenicag.az

100
Ads
www.veteninfo.com
!Reklam – Arxiv