Rusiya Ukraynaya hücuma keçə bilər

media-hightechnic-468x90

59069Yaxın vaxtlarda Rusiya ordusu Ukraynaya hücuma keçə bilər.

Yenicag.az anspress-ə istinadən bildirir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov deyib.

Turçinov hesab edir ki, Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin son günlər ərzində Donetsk yaxınlığında sərhədə cəmləşdirməsi ondan xəbər verir ki, rəsmi Moskvanın yaxın günlərdə iri miqyaslı hücüm əməliyatlarını planlaşdırır.

Donetsk aeroportunun ətrafında vəziyyətin gərgin olaraq qaldığını deyən Turçinov bildirib ki, aeroportda yeni terminal tamamilə məhv edilib: “Amma bizim silahlı qüvvələrimiz Peski məntəqəsi ərazisində öz mövqelərini möhkəmləndirib və düşmənə çox güclü zərbələr vurub”.

Onun sözlərinə görə, kommunikasiya və nəqliyyatın məhv edilməsi faktiki olaraq zirehli texnikanı aerodroma tez gətirilməsinə imkan vermir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600