“Rusiya Ukraynaya iyulun 15-də qoşun yeridəcək”

media-hightechnic-468x90

llllllllllllRusiya Ukraynaya iyulun 15-də qoşun yeridəcək.

Bunu jurnalistlərə açıqlamasında hərbi ekspert Dmitriy Tımçuk deyib.

O bildirib ki, Rusiyanın Rostov vilayətində xüsusi təyinatlılardan ibarət qruplar cəmləşməkdədir.

“Əldə etdiyimiz bilgilərə əsasən, xüsusi təyinatlıların komandirləri iyulun 15-də Ukrayna ərazisinə daxil olacaqlarını təxmin edirlər”, – deyə o vurğulayıb.

Tımçuk onu da qeyd edib ki, hazırda Rusiya xüsusi təyinatlılarının hansı formada Ukrayna ərazisinə keçəcəyi müəyyənləşdirilir. Onun sözlərinə görə, böyük ehtimalla onlar sülhməramlı qoşunlar kimi sərhədi keçəcəklər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa