!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya və Belarusun “bank mühasirəsi” daralır - Ödəniş xidmətləri də dayandırılır

!Reklam – Yazi

Estoniya bankları Rusiya və Belarusla bağlı ödəniş xidmətlərinin dayandırılmasına qərar verib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Estoniyanın milli televiziyası (ERR) yayımlayıb.

Məlumata görə, Estoniya Ukraynaya qarşı hərbi təcavüz səbəbindən Rusiya ilə Belarus üçün ödəniş xidmətlərini, o cümlədən bu ölkələrdən ödənişləri dayandırır.

Qeyd olunur ki, ölkənin böyük banklarından biri olan “Bank Coor” artıq aprelin 20-dən etibarən həmin qərarın tətbiqinə başlayıb:

“Bu məhdudiyyətlər bütün valyutalara, həmçinin Rusiya ilə Belarusdan kənarda qeydiyyatdan keçmiş ola bilən bankların törəmə şirkətlərinə şamil edilir.

“Bank Coor” yalnız Avropa İttifaqının müvafiq tələblərinə riayət edən banklardan, həmçinin Estoniyanın milli maraqlarına uyğun olan və humanitar fəaliyyətə yönəlik ödənişləri qəbul edəcək”.

www.yenicag.az

454
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv