Rusiya və İran arasında hərbi sənəd imzalandı

media-hightechnic-468x90

81648

Rusiyanın və İranın müdafiə nazirləri Sergey Şoyqu və Hoseyn Dehkan iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sənədi imzaladıqdan sonra mətbuat konfransı keçiriblər.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, S.Şoyqu iki ölkə arasında hərbi əməkdaşlığı yüksək qiymətləndirib. O, deyib ki, rəsmi Tehranla Əfqanıstan üzrə saf əməkdaşlıq yüksək əhval-ruhiyyə yaradır. Həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində münasibətlər yaxşı səviyyədədir. Biz Əfqanıstan ərazisindən narkotika ticarətinin qarşısının alınması üçün İran tərəfindən atılan ciddi addımları dəstəkləyirik.

H.Dehkan isə vurğulayıb ki, İran Yaxın Şərqdə böyük təsir gücünə sahibdir. Rusiya və İran Yaxın Şərqdə kənar güclərə qarşı birlikdə mübarizə aparmalıdır. Regional məsələlərlə bağlı kənar qüvvələrin müdaxiləsinə yol verilməməlidir və buna qarşı birgə əməkdaşlığa ehtiyac duyulur.

İranın müdafiə naziri söyləyib: “Regionda və dünyada mövcud vəziyyət güclü Rusiyanın və güclü İranın beynəlxalq təhlükəsizliyin və regional sabitliyin möhkəmləndirilməsinə birgə kömək göstərməsini tələb edir.”

Xatırladaq ki, hərbi əməkdaşlıq haqqında sənəd İranın nüvə proqramı üzrə “altılıq”la Tehran arasındakı danışıqlar getdiyi zaman imzalanıb. Lakin Moskva və Tehran arasında 2010-cu ildə imzalanmış müqavilə çərçivəsində S-300 zenit-raket kompleksinin İrana çatdırılması ilə bağlı yaranmış problem hələ həllini tapmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600