Rusiya və İran HƏRƏKƏTƏ KEÇDİ: “Hər ikisi suda boğulana bənzəyir, ancaq...”

media-hightechnic-468x90

“Rusiya və İran Azərbaycanı tutduğu yoldan döndərə bilməyəcəklər”.

Bu sözləri Rusiyanın Azərbaycan və Ermənistana artan təzyiqini Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

media-zelimxanmemmedli1

O, bildirib ki, Rusiya ilə yaranan gərginlik epizodik yox, siyasi müstəviyə keçib:

“Hər zaman Azərbaycanın siyasi oriyentasiyasının Rusiyaya yaxın olmasının əleyhinə olmuşuq. Çünki Rusiya işıq, nur, dayanıqlılıq vermir. Bunu 200 illik təcrübə də özünü göstərir. Rusiya ilə yaranan gərginlik siyasi müstəviyə keçib və Rusiya Azərbaycana təzyiq edir, Azərbaycan isə ortaya siyasi iradə qoyub”.

Onun sözlərinə görə, Azərbaycan siyasi oriyentasiyasını dəyişməsi üçün keçid mərhələsindədir:

“Qərb dünyasının avanqardı ABŞ-dir. Qarabağ məsələsinin sülh yolu ilə həll olunması, Trampın Azərbaycan Prezidentinə diqqətinin olması Azərbaycanın bölgədə rolunu artıran addımlardır. Bu baxımdan, Azərbaycan bu yolda israrla davam etməlidir. Daxildə cəmiyyətin bütün təbəqələrini səfərbər edən ciddi addımlar atılmalı, siyasi, insan hüquq və azadlıqları yönündə islahatlar aparılmalıdır. Bu da bizi Türkiyənin olduğu məkana inteqrasiyamızı sürətləndirəcək. Bu Azərbaycanın, Türkiyənin və regionun maraqlarına uyğundur. Hər halda bunu etiraf etməliyik ki, Azərbaycan Cənubi Qafqazın geopolitik lider və müəyyən mənada diktə edən tərəfidir”.

“Rusiya və İranın təxribatları gündəmdədir. Hər ikisi suda boğulana bənzəyir, ancaq İran və Rusiyanın Azərbaycana təsir imkanları çox aşağıdır. Epizodik olaraq təxribatlar edə bilərlər, ancaq Azərbaycanı tutduğu yoldan döndərə bilməyəcəklər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa