Rusiya vətəndaşları 1500 dollara Qarabağa döyüşməyə gedir

Rusiya vətəndaşları bu və ya digər səbəbdən Dağlıq Qarabağda Ermənistan tərəfindən muzdlu qismində döyüşməyə gedir.

Yenicag.az-ın məlumatına görə, bunu Rusiyanın “Kommersant” qəzetinin müxbiri Kirill Krivoşeyev öz “Telegram” kanalında yazıb.

O, bu cür muzdlulardan birini şəxsən tanıdığını da deyib.

Jurnalistin sözlərinə görə, həmin şəxs erməniləri “ideya baxımından dəstəklədiyinə” onların tərəfindən döyüşməyə gedib. Bununla belə, o, öz xidmətləri üçün aylıq 1 500 dollar tələb edir.

Qeyd edək ki, daha əvvəl Ermənistan tərəfindən PKK, ASALA və digər terror təşkilatının silahlıların döyüşməsi barədə məlumatlar yayılıb./Trend/