!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Xəzər dənizində hərbi təlimlər keçirir

!Reklam – Yazi

b_400_300_16777215_00_images_xeber_sekilleri_20yanvar2016_doyus_gemiRusiya Hərbi Dəniz Qüvvələri Xəzər və Qara dənizdə təlimlərə başlayıb.

Dünyaxəbər.info-nun xəbərinə görə, bu barədə Rusiya Müdafiə nazirliyinin mətbuat və informasiya idarəsi fevralın 9-da məlumat yayıb.

Bildirilir ki, hərbi gəmilər Cənub hərbi dairəsinin qoşunlarının döyüş hazırlığının yoxlanılması çərçivəsində Xəzər dənizi və Qara dənizdə minalar və şərti rəqibin sualtı qayıqlarının axtarışını həyata keçirirlər.

Qeyd edək ki, fevralın 8-də Cənub hərbi dairəsinin qoşunları və hava-desant birləşmələrinin döyüş hazırlığının qəfil yoxlaması başlayıb. Rusiya prezidenti Vladimir Putin Cənub hərbi dairəsinin qoşunlarına, o cümlədən Xəzər və Qara dəniz donanmalarının qüvvələrinə 1 nömrəli döyüş hazırlığı əmri verib.

www.yenicag.az

1080
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv