Rusiya Zelenskinin bu addımını müsbət qiymətləndirdi

media-hightechnic-468x90

Rusiya Ukrayna prezidenti Volodimir Zelenskinin münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara hazır olmasına müsbət münasibət bəsləyir.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Eyni zamanda, Kremlin rəsmi nümayəndəsi qeyd edib ki, əvvəllər Zelenski tərəfindən Rusiya Federasiyası ilə danışıqlara qoyulan qadağa qüvvədə qalır.

Xatırladaq ki, ABŞ Konqresi qarşısında çıxışı zamanı Amerika lideri Zelenskidən məktub aldığını bildirib. Mesajda Trampın qeyd etdiyi kimi, Kiyev rejiminin lideri nadir torpaq ehtiyatları ilə bağlı saziş imzalamağa, həmçinin danışıqlar masası arxasına oturmağa hazır olduğunu bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa