Rusiyada itkin düşən azərbaycanlı iş adamı ölü tapıldı
Rusiyanın Sverdlovsk vilayətində itkin düşmüş azərbaycanlı iş adamı İlqar Xanadanov ölü tapılıb.
Yenicag.az APA-ya istinadla xəbər verir ki,49 yaşlı iş adamı 24 oktyabrda Zareçnı şəhərində yoxa çıxıb. Beş günlük axtarışdan sonra ailəsinə onun meyitinin tapıldığı bildirilib.
“Artıq bunun qətl olduğu təsdiqlənib və iş üzrə araşdırma aparılır. Vida mərasimi Zareçnıda keçiriləcək, daha sonra meyit Azərbaycana aparılacaq. Ərimi doğmalarının yanında dəfn edəcəyik”, – deyə iş adamının həyat yoldaşı Tatyana bildirib.












