Rusiyada koronavirusdan rekord ölüm

media-hightechnic-468x90

Rusiyada koronavirusa yoluxanların sayı 1,54 milyon nəfəri keçib.

Yenicag.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 16 550 nəfər virusa yoluxub, 320 nəfər isə həyatını itirib.

Ölüm halları ölkədə bugünədək qeydə alınan ən yüksək göstərici olub.

Bu günə qədər Rusiyada 1 547 774 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 26 589 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 158 940 nəfər virusdan sağalıb, 362 245 nəfərin müalicəsi isə davam edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa