!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada məktəbə silahlı hücum edildi: Ölənlərin sayı artdı - VİDEO / YENİLƏNDİ

!Reklam – Yazi

İjevsk məktəbində atışma nəticəsində yaralananlardan 2-nin vəfat etməsi nətisindı ölənlərin sayı 11-i uşaq olmaqla 17-yə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının İstintaq Komitəsinə istinadən Udmurtiya hökumətinin mətbuat xidmətindən məlumat verilib.

“Rusiya İstintaq Komitəsinin məlumatına görə, 11-i uşaq və 6-sı böyük olmaqla 17 nəfər ölüb, 20 nəfər yaralanıb”, – mətbuat xidməti bildirib.

***

19:17

İjevskdə məktəbdə atışma nəticəsində ölənlərin sayı 15-ə çatıb.

“Hadisə nəticəsində ümumilikdə 15 nəfər ölüb, 24 nəfər yaralanıb. Ölənlərdən 11-i uşaqdır. Yaralananlardan isə 22-si uşaqdır”, – deyə məlumatda bildirilir.

***

12:47

İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində 13 nəfər ölüb, 21 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

***

12:12

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub.

Yenicag.az xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

Ölənlər barədə məlumat verilmir. Beş uşağın yaralandığı bildirilir.

Atışma dərs zamanı başlayıb. Qara geyimli naməlum şəxs sinif otağına girərək uşaqlara atəş açıb.

www.yenicag.az

1038
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv