“Rusiyada mənə şərt qoydular…”

media-hightechnic-468x90

mkjknSamir Məsimov “Neftçi”nin son illər heyətinə qatdığı bəlkə də ən istedadlı futbolçudur.

media-banner_tuq

Bəstəboy olmasına rəğmən cəlddir, çevikdir, oyunun taleyini həll etmək bacarığına malikdir.

Azərbaycan futbolunun “Messi”si adlandırılan Məsimovun müsahibəni təqdim edirik:

– Samir, əvvəlcə qəhrəmanı olduğun dünənki oyun barədə fikirlərini bilmək maraqlı olardı…

– Maraqlı oyun oldu. Evvəldən hisss edirdim ki, biz qalib olacağıq. Oyundan sonra anam, atam, qardaşım, yaxınlarım məni təbrik etdilər.

-Rusiyadakı dostların da səni təbrik etdilərmi?

-Bəli, ordakı dostlarım mesaj yazdılar, təbrik etdilər.

-Adətən inkişaf etmək istəyən oyunçular xarici klublara üz tutur. Sən isə”Lokomotiv” kimi güclü bir komandanı “Neftçi”yə dəyişdin…

– Bura gəlməyimə peşman deyiləm. Orda problemim olduğuna görə bura gəldim.

-Nə problemi?

-Mənə dedilər ki, ya Rusiyanı, ya da Azərbaycanı seçməlisən. Mən də öz vətənimi seçdim. Deyirdilər ki, buranın vətəndaşlığını qəbul etsən, əsas heyətdə oynaya bilərsən.

-Aleksandr Səmədov, Emin Mahmudov kimi futbolçular da əslən azərbaycnalıdırlar, amma Rusiyanı seçiblər. Onların seçiminə münasibətin necədir?

-Aleksandr Səmədovu rus sayıram. Onunla “Lokomotiv”də oynamışıq, söhbətlərimiz olub. Özü də deyir ki, mənim yalnız babam azərbaycanlıdır, nənəm rusdur. Emin Mahmudova gəlincə, o da mənim kimi problem yaşadı. Hələ özü də bilmir ki, hansı ölkəni seçsin. Azərbaycanı seçsə, Rusiyadakı klubunu itirəcək. Bundan qorxur.

– Böyükağa Hacıyev çox qalmaqallı məşqçidir, təzadlı fikirləri var. Hətta bir neçə il əvvəl futbolçularıyla əlbəyaxa da olub. Onunla necə yola gedirsən?

-Hər şey yaxşıdır, hamımız razıyıq. Komandada yaxşı atmosfer var.

– “Lokomotiv”in məşqləri ağırdır, yoxsa “Neftçi”nin?

-“Lokomotiv”də məşq prosesi daha sürətli və dinamikdir. Düzdür, burda da yaxşıdır, amma orda məşq prosesi nisbətən sürətlidir. Ümumilikdə götürsək, deməzdim ki, ciddi fərqlər var.

– “Neftçi” ilə müqavilən nə vaxt bitir?

-2017-ci ildə.

-Hazırda yaxşı formadasan. Yaxşı bir komandadan təklif gəlsə, qəbul edəcəksən, yoxsa Bakıda qalacaqsan?

– Avropada oynamaq fikrim var.

-Hazırda səninlə maraqlanan Avropa klubları varmı?

– Onu menecerlərim bilir.

– Hazırki transfer qiymətin nə qədərdir?

-(gülür) Onu mən deyə bilmərəm. Bu məsələlər menecer bilir.

-Söhbət sənin karyerandan gedir axı…

-Heç maraqlanmamışam bu haqda.

-Yerli klublardan hansınasa keçməyin mümkündür?

– “Neftçi”də qalaram. Böyük klubdur, zəngin tarixi var.

-Bu mövsüm hansı komandalarımızn oyunu səni təəccübləndirdi?

-Bu mövsüm “Qarabağ”ın oyunu əla idi.

-Hazırda “Qarabağ” ölkənin ən güclü komandasıdır. Amma sən “Neftçi”ni tərk etmək istəmirsən. Bu nədən irəli gəlir: inkişaf etmək istəmirsən, yoxsa başqa bir səbəb var?

–Düzdür, “Qarabağ” hazırda ən güclüdür. Amma mənim müqaviləm var. “Neftçi”dən ayrılsam, Avropada oynamaq istərdim.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05