Rusiyada repressiya dalğası məşhur azərbaycanlıya da çatdı: Jukovu təhqir “İTTİHAMI”

media-hightechnic-468x90

Azərbaycanlı jurnalist və populyar “Nə? Harada? Nə zaman?” teleproqramının keçmiş iştirakçısı Rövşən Əsgərova cinayət işi açılıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi Rövşən Əsgərova qarşı Cinayət Məcələsinin (CM) 345.1-ci maddəsi (“Nasizmin reabilitasiyası”) üzrə işi açıb.

Qeyd olunur ki, jurnalistə qarşı cinayət işi açılmasının səbəbi onun sosial şəbəkə hesabında sovet hərbi xadimi Georgi Jukovu “təhqir edən yalan məlumatlar yaymasıdır”.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı başladığı hərbi təcavüzün gedişində bir sıra tanınmış simalar “ordu barəsində yalan məlumatlar” yaymaq ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunublar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600