Reklam

Reklam

Mordoviya Respublikasındakı Ruzayevkdəki “Çörək bazası” müəssisəsində küskütotu mərkəzi aşkar edilib.

“Rosselxoznadzor” İdarəsindən bildirilib ki, 2600 ton yoluxdurulmuş buğdanı Azərbaycana göndərmək istəyirdilər. Amma fitosanitar nəzarət zamanı yük boşaldılarkən mütəxəssislər aşkar ediblər ki, dən alaq bitkisi küskütotu ilə yoluxdurulub. Yükün boşaldılması dayandırılıb və dən əlavə təmizlənmə üçün göndərilib. Qeyd edək ki, dən təmizləndikdən sonra tullantılar yandırılır.

Hazırda Açıq Səhmdar Cəmiyyətinin ərazisi ilə sərhədlərdə 22,8169 hektarlıq karantin zonası yaradılıb. Dəni və onun emalı məhsullarını bazadan yalnız karantin və ya fitosanitar sertifikatlarının müşayiəti ilə çıxarmaq olar.

Vegetasiya dövründə müəssisənin ərazisini və müəssisəyə aparan 3-kilometrlik dəmiryol zonasını karantin müayinələrindən keçirmək lazımdır.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 87
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."