Rusiyadan İsrailə kəskin xəbərdarlıq
Rusiya xarici işlər nazirliyi, İsrailin Fələstin torpaqlarında yeni yəhudi yaşayış məskənlərinin salınması haqda planlarını kəskin qınayıb.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən Rusiyanın xarici işlər nazirliyindən verilən açıqlamada İsrailin Fələstin torpaqlarında yeni yaşayış məskənlərini yaratması hüquqa zidd əməl kimi dəyərləndirilib.
Bildirilir ki, İsrailin bu cür addım atması Fələstinlə gələcək münasiblətləri daha da mənfi istiqamətdə yönləndirir. Sülh danışıqları prosesinə ciddi zərbə vurur.
İsrailin Planlaşdırma və İnşaat Komitəsindən verilən məlumatda, 900 yeni iqamətgahın inşa ediləcəyi bildirir.
Fələstin lideri Mahmud Abbas İsrailin, yalnız inşaat planını dayandırdığı təqdirdə sülh danışıqlarına başlaya biləcəyini söylədi.
Həmçinin Mahmud Abbas İsrailin Qəzza zolağına hava zərbələri endirməsini də kəskin tənqid etdi