Rusiyalıların 90 faizi Putini dəstəkləyir
Rusiyada prezident Vladimir Putinin reytinqi 89 faizə qalxıb.
“Levada-mərkəz”in iyunda keçirdiyi sorğuda belə deyilir.
Sosioloqlar bunun Putinin bütün hakimiyyəti dövründə rekord olduğunu bildirirlər.
Bu ilin fevralında Putinin reytinqi 86 faiz idi.
Həmin vaxt rəyi soruşulanların 13 faizi Putinin işindən razı deyildi,
İndi isə bu göstərici 10 faizə düşüb.
Yeni sorğuda ilk üçlüyə müdafiə naziri Sergey Şoyqu da düşüb.
3-cü yeri isə baş nazir Dimitri Medvedevlə xarici işlər naziri Sergey Lavrov bölüşür.
Sorğu iyunun 19-22 arası Rusiyanın 46 regionundakı 134 yaşayış məntəqəsində keçirilib.
(virtualaz.org)