Rusiyanın “casus” RƏZALƏTİ: Məhkəmə 25 yaşlı tatar qızına hökm oxudu - FOTO

media-hightechnic-468x90

“Casusluq”da ittiham olunan gənc tatar xanım barəsində qondarma ittiham üzrə məhkəmə yekunlaşıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Moskvanın Lefortovo rayon Məhkəməsində “casusluq”da ittiham olunan Krım-tatar fəalı Lenie Umarovanın məhkəməssi keçirilib.

Məlumata görə, hakim Sergey Ryabtsev Umarovanın 2 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.

Bu barədə informasiyanı “Krım həmrəyliyi” təşkilatının təmsilçisi Lütfiyə Zudiyeva yayımlayıb:

“Son doqquz ildə cinayət xarakterli çox ziddiyyətli materiallarla qarşılaşmışam. O cinayət işlərinin ittihamnamələrinin elə ilk səhifələri insanın ağlını qarışdırır.

Onkoloji xəstə olan atasına baş çəkmək üçün Krıma gedən 25 yaşlı Lenie Umarovanın “casusluq”da suçlanması fövqəladə hadisədir. Bir az əvvəl Lefortovo məhkəməsi onun barəsində 2 aylıq həbs qərarı çıxardı”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600