!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Ermənistanda çevriliş EHTİMALI: Bu hərbi baza aktivləşdirilə bilər – Hədəyə bənzəyən AÇIQLAMA

!Reklam – Yazi

“Rusiya Ermənistanda dövlət çevrilişi etmək üçün 102-ci bazanı aktivləşdirə bilər”.

Bu fikri Yenicag.az-a açıqlamasında ABŞ-də Ermənistanla Azərbaycan xarici işlər nazirlərinin görüşü, yenidən Vaşinqton, Brüssel formatının işə düşməsi və Rusiyanın buna yanaşmasını dəyərləndirən politoloq Qədir Aslan səsləndirib.

Qədir Aslan bildirib ki, növbəti görüşlər Vaşinqton-Brüssel xətti üzrə davam edəcək.

“Yay aylarında ABŞ-ın Ermənistan Azərbaycan münasibətlərinə vaxt ayırması onu göstərir ki, Qərb sülh məsələsində qərarlıdır. Ermənistan sülh müqaviləsi üçün 1 aylıq vaxt qoymuşdu. Bunun siqnalı Vaşinqtondan gəldi. Vaşinqton bütün cəhətlər üzrə öz mövqeyini gücləndirmək istəyir”, -deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, tərəflərin NATO-nun Vaşinqton sammitinə çağırması onu deyir ki, ABŞ təşəbüssü ələ almaq istəyir:
“Bu o deməkdir ki, ABŞ orta dəhlizin açılması üçün gərəkən bütün addımları atacaq. Antoni Blinken bildirdi ki, sülh müqaviləsinin imzalanması üçün əllərində müstəsna imkanlar var. Bundan əlavə, birgə bəyanatda qeyd olunur ki, bu xətti davam etdirmək qərara alınıb. Bu o deməkdir ki, artıq növbəti görüşlər Vaşinqton- Brüssel xətti üzrə davam edəcək.
Yaxın zamanda Zəngəzur dəhlizinin açılmasının da şahidi ola bilərik. Ermənistanda hakim partiyanın üzvləri artıq danışmağa başlayıblar ki, Vaşinqton Moskvanın Zəngəzur dəhlizində iştirakını istisna edir. Əgər Rusiya tərəfi buna qarşı diplomatik gedişlər etməsə, Rusiya Ermənistana qarşı sərt tədbirlər həyata keçirə bilər. Hətta Mizail Qaluzin bildirdi ki, Ermənistan özünü təhlükə altına qoyur. Qaluzin açıqlaması hədəyə də bənzəyir. Rusiya Ermənistanda dövlət çevrilişi etmək üçün ya 102-ci bazanı aktivləşdirəcəklər, ya da Xəzərdən Ermənistanın ərazisini vurmağı da düşünə bilərlər. Bunlar təbii ki, fərziyyələrdir. Ermənistanda yaxın vaxtlarda vəziyyət dəyişə bilər”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv