“Ermənistan iqtisadiyyatının 70 faizinin Rusiyadan asılıdır”.
Bunu Yenicag.az-a açıqlamasında Ukrayna məsələsini həll etdikdən sonra Rusiyanın Qərbmeyilli Ermənistana verəcəyi cavab addımlarından danışan politoloq Qafar Çaxmaqlı deyib.
Onun sözlərinə görə, Ermənistanın Qərbmeyilli olması Qərbin Cənubi Qafqazda varlığını mümkün edən vasitədir.
“Eyni zamanda, Ermənistan Qərbmeyilli siyasətlə yanaşı, həm də Qərbin hərbi varlığını özündə istisna etmirdi. NATO-ya meyillilik artıq Rusiyanın səbr kasasını daşırdan son damla idi. Sərt reaksiya ilə üzləşən Ermənistan mövqeyində müəyyən yumşalmalar etməyə başladı. Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri çərçivəsində verdiyi mesajlar bunu deməyə əsas verir”, – deyə o əlavə edib.
Politoloqun sözlərinə görə, region barədə azca məlumatlı olmaq kifayət edir ki, Ermənistan iqtisadiyyatının 70 faizinin Rusiyadan asılı olduğunu biləsən.
“Əlavə olaraq, istər sənaye, istərsə də digər sahələr Rusiyadan asılıdır. Misal üçün verdiyi qazı tamamilə dayandıra, yaxud qiymətini artıra bilər. Bu, yalnız Ermənistana təsir rıçaqlarından biridir. Daha böyük təsir rıçaqlarının isə hansı nəticələr verəcəyini düşünmək kifayətdir.
Sadalananları nəzərə alan, həmçinin Rusiya-Ukrayna müharibəsi fonunda reallıqları dərk edən Ermənistan Rusiyaya qarşı siyasətində dəyişiklik etməyə məcburdur,” – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az