Rusiyanın itkiləri yeniləndi
Ukrayna müharibənin 1129-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 910 750 hərbçi, 10 455 ədəd tank, 21 762 ədəd zirehli döyüş maşını, 25 387 ədəd artilleriya sistemi, 1 344 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1119 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 42 280 ədəd avtomobil texnikası, 31 070 ədəd PUA, 3 121 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 786 xüsusi avadanlıq itirib.