!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Litvanı HƏDƏLƏMƏSİ: "Bu, Üçüncü Dünya müharibəsinin rəsmi başlanğıcı olacaq" - Politoloq

!Reklam – Yazi

“Əgər Rusiyanın Litvanı sözdə təhdidi əməli fəaliyyətə keçsə, NATO ilə üzbəüz gəlməli olacaq. Hazırda baş verənlər masa arxasında həll olunmasa, bu, birbaşa elan olunmamış Üçüncü Dünya müharibəsinin rəsmi başlanğıcı olacaq”.

Bu sözləri Litvanın Kalininqrada gedən yüklərə qadağa tətbiq etməsi, Rusiyanın bunun cavabsız qalmayacağı ilə bağlı sərt bəyanatı və prosesin NATO-Rusiya qarşıdurmasına gedib çıxma ehtimalını şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə prosesin Rusiya-NATO müharibəsinə gətirib çıxacağını istisna edib:

“Kalininqradın anklav kimi qalması İkinci Dünya müharibəsindən sonra baş verib. Hazırda Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalarla əlaqədar Litva hökuməti Kalininqrada gedən dəmiryolun bağlanması barədə qərar verib. Rusiya ilə Kalininqrad arasında yeganə yolun bağlanması, təbii ki, Kalininqradın yaşayış şəraitinə təsir edəcək.

Rusiyanın Ukraynaya təcavüzündən sonra bəzi ölkələr qərar qəbul etdi ki, Ukraynaya silah yardımı etsinlər. Əsas da ABŞ Lend-liz qanunu qəbul etdi. Bu qanun oktyabr ayında qüvvəyə minəcək. Bu ərəfədə Rusiya bəyanat verdi ki, Kalininqrada raket sistemləri yerləşdirmişik və silah yardımı ediləcək yollar vurulacaq.

Litva NATO və Avropa İttifaqı üzvüdür. Ona görə də bu proses hədə-qorxudan o yana keçməyəcək. Litvanın bu qərarı, əslində, siyasi alver predmeti ola bilər. Ukraynanın taxıl və digər məhsullarının dünya bazarına çıxarılması üçün Rusiya razılıq versin. Əgər Rusiya təhdiddən əməli fəaliyyətə keçsə, NATO ilə üzbəüz gəlməli olacaq. Hesab edirəm ki, bunu tərəflərdən heç biri istəməyəcək. Ona görə də hazırda baş verənlər masa arxasında həll olunacaq. Əgər başqa variant olsa, bu, birbaşa elan olunmamış Üçüncü Dünya müharibəsinin rəsmi başlanğıcı olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

1031
Ads
www.veteninfo.com
!Reklam – Arxiv