Rusiyanın maliyyə ehtiyatı TÜKƏNİR – “2026-cı ildən sonra...”

media-hightechnic-468x90

 

“Bu davam edərsə, Ukraynanın qələbəsi üçün real zəmin yarana bilər”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin gedişatı barədə prosesləri təhlil edən siyasi şərhçi Setlin Dornbos deyib.

O, qeyd edib ki, Rusiya 2026-cı ildən sonra Ukraynada müharibəni davam etdirməkdə çətinlik çəkə bilər:

“Buna səbəb Moskvanın maliyyə resurslarının tükənməsidir. Belə ki, Rusiya hakimiyyəti əsgərlərin maaşları və işə qəbul bonuslarını ödəmək üçün istifadə olunan 106 milyard dollarlıq sərvət fondunun təxminən yarısını artıq xərcləyib. Hazırkı itki səviyyəsində – yəni ayda 30-45 min yaralı və ya ölən – Rusiya yalnız 12-16 ay daha müharibə aparmağa qadirdir. Bu müddətdə artan inflyasiya və azalan büdcə Kremlin manevr imkanlarını daha da məhdudlaşdırır”.

“Bundan əlavə, insan resursları sahəsində də ciddi problemlər yaşanır. Orduda döyüşçü çatışmazlığı səbəbindən hökumət yeni əsgərlərə yüksək bonuslar, o cümlədən 40.000 dollara qədər mükafat təklif edir. Lakin bu da orduda aktivliyə kifayət etmir. Son aylarda Rusiyanın gündəlik itki sayı 1200 nəfəri keçib. Döyüşçülərin çoxu müharibəyə yalnız maddi səbəblərlə qatıldığını etiraf edib. Heç biri müharibənin məqsədi ilə bağlı konkret fikrini ifadə edə bilməyib”, – deyə o, əlavə edib.

Mütəxəssis əlavə edib ki, bu vəziyyət ABŞ üçün strateji fürsətlər yaradır:

“Belə ki, Rusiyanın iqtisadi zəifliyindən istifadə edərək, Vaşinqton onu danışıqlara məcbur edə bilər. Qərbin davamlı hərbi və iqtisadi dəstəyi ilə Ukraynanın üstünlük qazanması mümkündür. Rusiya Prezidenti Vladimir Putin isə həm ölkə daxilində ictimai dəstəyi itirmək, həm də iqtisadi iflas riski ilə üzləşə bilər. Bu isə Rusiyanı daha tez sülhə gətirə bilər”.

“Həmçinin Rusiya, Şimali Koreya və Çin kimi ölkələrdən döyüşçü cəlb etməyə çalışsa da, bu addımlar indiyədək yüksək itkiləri kompensasiya etməyə kifayət etməyib. Moskva Vaşinqtonun hərbi yardımını dayandıracağına ümid bəsləyir. Lakin bu yardım davam edərsə, Ukraynanın qələbəsi üçün real zəmin yarana bilər. Bir sözlə, savaşın taleyi beynəlxalq dəstəyin davamlılığından asılı olacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600