Rusiyanın özəl orbital stansiya PLANI: BKS layihəsini tərk edir – RAPORT
Rusiya Beynəlxalq Kosmik Stansiya (BKS) layihəsində iştirakını dayandırır.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Roskosmos”un yeni sədri Yuri Borisov ölkə prezidenti Vladimir Putinlə görüşündə açıqlayıb.
Borisovun sözlərinə görə, Rusiyanın BKS-də iştirakını tamamilə dayandırması 2024-cü ildən sonraya nəzərdə tutulub.
O əlavə edib ki, Rusiya o müddətə qədər tərəfdaşlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək:
“Fikrimcə, o dövrə kimi biz Rusiya Orbital Stansiyasını quraşdıracağıq. Hesab edirəm ki, Rusiya pilotlu kosmonavtikasının gələcəyi sistemli elmi proqramlara əsaslanmalıdır və hər ekspedisiya bizi yeni kosmik biliklərlə zənginləşdirməlidir”.