!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın vasitəçiliyindən gözləntilər: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etməlidir"

!Reklam – Yazi

“Azərbaycan sərəncamında olan vasitələrdən istifadə etməklə, Ermənistanın öhdəliklərini yerinə yetirməyə məcbur edilməsinə legitim əsaslar qazanacaq”. 

Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı açıqlama verərkən vəziyyətin nizamlanmasında Rusiya diplomatiyasının rolunun artması fikrinə münasibət bildirən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Politoloqa görə, Rusiyanın vasitəçilik səyləri məhz Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsini hədəfləməlidir:

“Rusiya Azərbaycanla Ermənistan arasında atəşkəsin əldə olunmasında və 10 noyabr üçtərəfli bəyanatın imzalanmasında əsas vasitəçi kimi çıxış edib. Eyni zamanda Rusiyanın vasitəçiliyi ilə 11 yanvar 2021-ci ildə Moskvada Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin görüşü baş tutub, danışıqların hər üç ölkənin nümayəndələrinin təmsil olunduğu İşçi qrup formatında aparılması ilə bağlı razılıq əldə olunub. 10 noyabr bəyanatı ilə bölgədə sülhməramlı missiya Rusiyaya həvalə edilib. Faktiki olaraq 10 noyabr bəyanatının müddəlarının yerinə yetirilməsinin təminatçısı kimi Moskva nəzərdə tutulub. Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində Moskvanın verdiyi təminatlara əsasən Azərbaycan İrəvanın kapitulyasiyasını qəbul edib. Rusiyanın vasitəçiliyinin uğuru, yaxud səmərəli olmasının əsas meyarı məhz Ermənistanın üzərinə götürdüyü öhdəliklərinin icrasıdır. Bu baxımdan Azərbaycan ictimaiyyətinin narazılığı təbiidir”.

Ermənistanın öhdəliklərini icra etməkdən yayındığını və Azərbaycana qarşı təxribatlara əl atmasına da toxunan politoloq hesab edir ki, Rusiya əsas vasitəçi kimi Ermənistana münasibətdə daha sərt yanaşma sərgiləməlidir:

“Vasitəçiliyin genişlənməsi konkret məzmun daşımalıdır və praktik addımların atılmasında özünü biruzə verməlidir. Azərbaycan cəmiyyəti üçün məhz bu cür vasitəçilik məqbuldur. Azərbaycan cəmiyyəti illərlə uzanacaq, konkret nəticələr verməyən danışıqların təşkilini vasitəçilik kimi qəbul edə bilməz. Əks halda Azərbaycan sərəncamında olan vasitələrdən istifadə etməklə, Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur edilməsinə legitim əsaslar qazanacaq. Bu halda Moskva yenidən daha bir kapitulyasiya aktı imzalanması üçün vasitəçilik etmək məcburiyyətində qala bilər”.

Gülşən Şərif

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv